Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Şamaxı" klubunun yeni transferi ilə bağlı müəmma: "Şəxsi məsələsidir" - AÇIQLAMA
"Şamaxı" klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb. Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib. Müdafiəçi ilə birillik müqavilə imzalansa da o, daha sonra klubdan ayrılmaq məcburiyyətində qalıb.
Bu barədə Oxu.Az-a açıqlama verən "Şamaxı" klubunun Mətbuat Xidmətinin rəhbəri Yusif Hüseynov xəbəri təsdiqləyib və transferin gerçəkləşmədiyini bildirib:
"Futbolçulara qanunvericiliyə uyğun prosedurları keçdikdən sonra ölkədə yaşamağa icazə verilir. Haukonqo da yaşamaq icazəsi ala bilmədiyi üçün müqavilə qüvvəyə minmədi. Qanunvericilik icazə vermədiyi halda AFFA ilə danışıqlar aparmaq düzgün olmaz. Qanunvericiliyin hansı maddəsinə əsasən yaşamaq icazəsi verilmədiyi isə futbolçunun şəxsi məsələsi olduğu üçün bizim bu barədə açıqlama verməyimiz düzgün olmaz".
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Şamaxı" klubu transferini gerçəkləşdirə bilmədiyi Lubeni Haukonqonun mövqeyinə yeni futbolçu cəlb edib. Bölgə təmsilçisi Vasiliye Radenoviçlə bir illik müqavilə imzalayıb.
"Şamaxı" klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.
"Şamaxı FK" teqi üzrə xəbərlər
- Azarkeşlər "Qarabağ"ı yenidən ziyana saldılar
- Azərbaycan Premyer Liqası: "Qarabağ" "Şamaxı"nı son dəqiqə qolu ilə məğlub etdi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu
- "Səbail"in baş məşqçisi: "Buzda futbol oynamaq yaxşı olmadı"
- "Şamaxı" klubunun futbolçusu oyun alveri ilə məşğul olduğunu etiraf edib
Rəylər