Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Azərbaycanda yeni reqbi klubu yaradılıb](https://images.oxu.az/2025/02/12/FkT1C49hRWj1aBSCdzw1LTacvKKluSy4PDSzmrQn:1200.jpg)
Azərbaycanda yeni reqbi klubu yaradılıb
Azərbaycanda reqbi idman növü üzrə yeni klub yaradıldı
Oxu.Az xəbər verir ki, Avropa Azərbaycan Məktəbi 2025/26 mövsümündən etibarən 13 yaşadək oğlanlar arasında reqbi üzrə ölkə çempionatı və kubokunda iştirak edəcək, həmçinin Məktəbli Reqbi Liqasında çıxışını davam etdirəcək EAS "Simurq" klubunun yaradıldığını elan edib.
Beləliklə, Azərbaycanda fəaliyyət göstərən reqbi klublarının sayı "Qarabağ", "Şamaxı" və "TISA Titans"la birlikdə dördə çatıb.
Yaxın vaxtlarda Bakıda və regionlarda daha bir neçə reqbi klubunun yaradılması gözlənilir.
Ən çox oxunanlar
Rəylər