Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Qobustan rayonunda sahibkarlarla görüş keçirilib](https://images.oxu.az/2025/02/12/HO01q0ELwAXRbrpyKfbLyPOHDLMJUBIXvSE55wpV:1200.jpg)
Qobustan rayonunda sahibkarlarla görüş keçirilib
Görüşdə sahibkarlarla rayonun biznes imkanlarına, sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Oxu.Az xəbər verir ki. bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA-nın təşkilatçılığı və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan rayonunda sahibkarlarla görüş keçirilib.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, kənd təsərrüfatı, tikinti, qida, mebel istehsalı və alternativ enerji sahələrində fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.
Görüşdə sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilib. Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, torpağın icarəsi, Qobustanda biznes üçün imkanlar, iri ticarət şəbəkələrinə çıxışın dəstəklənməsi kimi mövzularda müzakirələr aparılıb.
Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Bakıda İnsan İnkişafı Forumu keçirilib
- Qiymətli kağızlar bazarının inkişafı və KOB-lar üçün imkanlara dair ictimai müzakirə
- KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır
- KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub