Azərbaycan Soçi Qış Olimpiya Oyunlarında qələbə qazanan idmançılarına MDB ölkələrinin arasında ən yüksək pul mükafatı verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə, Qazaxıstanın “Novıy Region” saytı məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan Soçi Qış Olimpiya Oyunlarında dörd idmançı iştirak edəcək, qızıl medal qazanan hər idmançıya 510 min ABŞ dolları, gümüş medal qazanan hər idmançıya 255 min ABŞ dolları, bürünc medal qazanan idmançıya isə 130 min ABŞ dolları məbləğində pul mükafatı verəcək.
Ermənistan qızıl medal qazanan hər idmançıya 30 min ABŞ dolları, gümüş medal qazanan hər idmançıya 20 min ABŞ dolları və bürünc medal qazanan hər idmançıya 10 min ABŞ dolları söz verib.
Ukrayna və Belarus qızıl medal qazanan idmançıya 150 min ABŞ dolları, gümüş medal qazanan idmançıya 75 min ABŞ dolları və bürünc medal qazanan idmançıya 50 min ABŞ dolları verəcək.
Elvin Əhmədov
www.oxu.az