Taekvondo millimizin aparıcı üzvlərinin maaşları kəsilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov məlumat verib.
“Olimpiya Oyunlarında göstərdikləri uğursuz nəticəyə görə federasiya tərəfindən Radik İsayev, Milad Beiqi Hərçəqani və Patimat Abakarovanın maaşları azaldılıb”.
Qeyd edək ki, Radik İsayev və Patimat Abakarova Olimpiadaya lisenziya qazana bilmədiklərinə görə, Milad Beiqi isə Tokioda erkən məğlubiyyətə görə bu halla üzləşib.
Tokio Olimpiadasının digər iştirakçısı Fəridə Əzizovaya isə bu cəza tətbiq edilməyib.
Səbuhi Musayev