Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın Avroliqa təmsilçisi baş məşqçisiz qaldı
Ukraynalı məşqçi Yuri Maksimov “Keşlə” futbol klubunu tərk edib.
Oxu.az-ın azerisport.com-a istinadla xəbərinə görə, o, bununla bağlı qərarını bu gün açıqlayıb. Maksimov ona təklif olunan müqavilənin şərtləri ilə razılaşmadığı üçün bu addımı atıb.
Ukraynalı mütəxəssis açıqlamasında qeyd edib ki, klubla hələ ötən mövsümün sonu müddəti bitmiş müqavilə uzadılmayıb.
Maksimov onu da deyib ki, istefasının ötən həftə Avroliqanın birinci təsnifat mərhələsində Malta “Baltsan”ı ilə matçdakı məğlubiyyətlə (1:4) əlaqəsi yoxdur:
“Biz həmin matçda layiqli çıxış etdik. Nəticə oyuna görə deyildi. “Keşlə”ni tərk etməyimin səbəbi odur ki, klub rəhbərliyinin təklif etdiyi müqavilənin şərtləri məni qane etmirdi.
Yeni müqavilə ilə bağlı danışıqlarımız olsa da, imzalanması ləngiyirdi. Müqaviləsiz işləmək isə qeyri-ciddi olardı. Təklif olunan müqavilənin şərtləri məni qane etmirdi”.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya Donetskin yaşayış məntəqəsini nəzarətə götürdü
- İki ölkədən Ukraynaya milyard dollarlıq zəmanət
- Zelenskidən Slovakiya baş nazirinə rüşvət təklifi ilə bağlı açıqlama: "Biz pul verməyə hazır idik"
- Rusiya ordusu Donbasda strateji yaşayış yerini nəzarətə götürüb
- Hər an ölümlə üz-üzə: Donbasda faciələrə məruz qalan azərbaycanlılar
Rəylər