Bu gün 2014-cü ilin Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Şimali İrlandiyanın futbol yığmaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, Bakıda, Bakcell Arenada keçirilmiş görüş Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycanın futbol yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəqib qapısından qolları 58-ci dəqiqədə Rüfət Dadaşov və əlavə olunmuş vaxtda Mahir Şükürov vurub.
Beləliklə, Azərbaycan DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk böyük hesablı qələbəsini qazanıb.
Millimiz növbəti oyununu oktyabrın 15-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.