FİFA millilərin reytinq siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıda 209 yığma yer alıb.
Hesabında 222 xal olan Azərbaycan yığması siyahıda 131-ci pillədə qərarlaşıb. 2015-ci ilin yanvarında açıqlanan ilk siyahıda 136-cı olan komandamız 5 pillə irəliləyib.
Millimiz Filippin, Aruba, Vyetnam, Maldiv adaları, Yeni Zelandiya və Qvineya-Bissaunu arxada qoysa da, Mavritaniya komandamızı qabaqlayıb.
E.Ə.
www.oxu.az