Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın iki idmançısına Türkiyənin məşhur şou verilişindən təklif gəlib
Azərbaycanın iki idmançısına Türkiyənin məşhur “Survivor” realiti-şousundan təklif gəlib.
Oxu.Az-ın məlumatına görə, onlar kikboksçular – Eduard Məmmədov və Pərviz Abdullayevdir.
Lakin “Ağ Canavar” ləqəbli Eduard Məmmədov təklifdən imtina etdiyini bildirib:
“İşimlə əlaqədar şouda iştirak edə bilməyəcəyimi bildirdim”.
“Kobra” ləqəbli Pərviz Abdullayev isə hazırda İstanbuldadır. O, şouda iştirakla bağlı danışmağa təşkilatçılar tərəfindən icazə verilmədiyini bildirib.
Əldə etdiyimiz məlumata görə, artıq sabah Pərviz iştirakçılarla birgə yarışın keçiriləcəyi Dominikana yola düşəcək.
Qeyd edək ki, “Survivor”da “Məşhurlar” və “Könüllülər” komandası yarışacaq. “Survivor” cari mövsümdə fevralın 16-da Türkiyənin TV8 telekanalında efirə çıxacaq. Yarışda Ersin Korkut, Uğur Pektaş, Tayqun Ərdoğan, Yasin Obuz, Cemal Can, həmçinin “Qalatasaray”ın sabiq futbolçusu Sərcan Yıldırımın iştirak edəcəyi bəlli olub.
Səbuhi Musayev
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Məşhur türkiyəli aktyor "Qalatasaray"ın idarə heyətinə üzv olub
- İkardi yeni sevgilisini göstərdi
- Türkiyə Kuboku: "Qalatasaray" "Başakşehir"lə bacarmadı
- "Fənərbağça" klubu futbolçu transferi üçün 40 milyon avro xərcləmək qərarına gəlib
- "Qalatasaray"da xoşbəxt olan Viktor Osimhen İngiltərə nəhənginin təklifini qəbul etməyib
Rəylər