Çeçenistanın paytaxtı Qroznıda FFC Liqasının təşkil etdiyi qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnir başa çatıb.
Oxu.Az xəbər verir ki, bu yarışda yerli idmançılarla yanaşı, Azərbaycan və Qırğızıstandan olan MMA döyüşçüləri də iştirak edib.
Lakin iştirakçı olan Azərbaycanın iki döyüşçüsü də texniki nokautla uduzub. Belə ki, Əli Məmmədəli Xalid Satuyevə, Bəhruz Əhmədov isə Əhməd Yasayevə məğlub olub. Hər iki idmançımız yalnız bir raund rəqibinə tab gətirə bilib.
Səbuhi MUSAYEV