Azərbaycanın qadın güləşi üzrə milli komandası Fransanın Nitsa şəhərində keçirilmiş Qran Pridə 3 medal qazanıb.
Oxu.Az xəbər verir ki, Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.
10-a yaxın ölkənin təmsil olunduğu yarışda Azərbaycan yığması baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, Qran Pridə III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə də ölkəni təmsil edib.