Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2014-cü ilin yekunlarına görə, qadın güləşi üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb.
Güləş Federasiyasından Oxu.Az-a daxil olan məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. 2014-cü il Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) reytinqdəki mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıb.
48 kq
4. Mariya Stadnik - DÇ 3-cü yer (4)
58 kq
10. İrina Netreba - AÇ 2-ci yer (13)
60 kq
2. Yuliya Ratkeviç - DÇ 2-ci yer (2)
69 kq
13. Nadya Sementsova - Almaniya Qran Pri turniri 3-cü yer (13)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
E.Ə.
www.oxu.az