Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb.
17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuka tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.
Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya "tuş"la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə "tuş"la uduzub.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalına VƏSİQƏ QAZANDI
- Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib
- Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb
- Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı: Tənqid edildi
- Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar