Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.
Oxu.Az xəbər verir ki, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib.
Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub.
Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.
Bu gün Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında final görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, millimiz Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
Həmçinin vurğulanıb ki, yekunda qalib bəlli olmasa, komandalar tay-brekdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.