19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, 13-cü qrupda mübarizə aparan yığmamız Maltanın Ta Qali şəhərində Çexiya U-19 komandası ilə qarşılaşıb.
"Sentenari" stadionunda keçirilən görüş Çexiya millisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.
Qeyd edək ki, U-19 millimiz qrupdakı növbəti oyununu noyabrın 15-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Sentenari" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edəcək.
12 noyabr
Saat 17:30, Çexiya (U-19) - Azərbaycan (U-19)
"Sentenari" stadionu, Ta Qali.
Baş hakim: Oliver Reitala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta).