21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, B qrupunda yer alan millimiz Çexiyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, millimiz Karvina şəhərində Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Karvina şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatının seçmə mərhələsi
Çexiya (U-21) - Azərbaycan (U-21)
Karvina şəhər stadionu. Saat 20:00.
Baş hakim: Yovan Kaçevski;
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski;
Dördüncü hakim: Krumislav Gyorgiev.