İtaliyada voleybol üzrə dünya çempionatında iştirak edən Azərbaycanın voleybol komandası ikinci qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Puerto-Rika ilə qarşılaşan milli komandamız gərgin keçən matçdan 3-2 hesabı ilə qalib ayrılıb.
4 setin tamamında hesab 2-2 olduğundan qalib tay-brekdə müəyyənləşib.
Həlledici setdə voleybolçularımız 17:15 hesabı ilə qalib gələrək yer aldıqları D qrupunda ikinci qələbələrini qazanıblar.
Qeyd edək ki, ilk matçında Yaponiyanı 3-2 hesabı ilə məğlub edən Azərbaycan yığması, Çinlə görüşdən 3-0 hesablı məğlubiyyətlə ayrılmışdı.
Puerto-Riko – Azərbaycan - 2:3 (20:25; 26:24; 24:26, 25:16; 15:17) .