İtaliyada qadınlar arasında voleybol üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə komandamız Yaponiya millisi ilə qarşılaşıb. İlk partiya 25:17 hesabı ilə yaponların xeyrinə bitib.
Lakin ikinci partiyada komandamız 5:20 hesabı ilə qalib gəlib.
Üçüncü setdə 25:20 hesabı ilə məğlub olan idmançılarımız dördüncü 25:21 hesabı ilə qələbə qazanaraq, görüşün taleyini tay-brekə çıxarıblar. Həlledici partiyada Azərbaycan yığması Yaponiyanı darmadağın edib - 15:19.
Sabah yığmamız Çin komandası ilə qarşılaşacaq.