Dünən Bakıda ağır atletika üzrə ikinci beynəlxalq Bakı Kuboku başlayıb.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının iki ağır atleti qızıl medal qazanıb.
Qadınlar arasında 53 kq-dək kateqoriyada Kristin Yovu qalib gəlib. Kristina 208 kq qaldırıb.
Kişilər arasında 62 kq-dək kateqoriyada Valentin Xristov fərqlənib, o yekunda 292 kq qaldırıb.