“Altın Qurd” ləqəbli kikboksçumuz, dünya çempionu Bəhram Rəcəbzadə uzun müddətdən sonra rinqə qayıdır.
İdmançının Oxu.Az-a verdiyi məlumata görə, iyunun 17-də Türkiyənin Antalya şəhərində onun rəqibi Mərakeş idmançısı Məhəmməd Amin olacaq.
Görüş peşəkar kikboksinqin K-1 versiyası üzrə keçiriləcək. Bu görüşü Türkiyənin “Show TV” və “TV 8,5” telekanalları canlı göstərəcək.
View this post on InstagramBundan sonra Bəhram Rəcəbzadə daha bir görüş keçirəcək. O, vaxtı ilə Zabit Səmədovun yarışdığı İstanbuldakı Akın Döyüş Arenasında yerli idmançı Mehmet Özərlə qarşılaşacaq. Bu döyüş iyunun 26-da baş tutacaq.
Qeyd edək ki, Bəhram Rəcəbzadə son döyüşünü 2019-cu ilin oktyabrın 12-də Almaniyanın Düsseldorf şəhərində keçirib. “Glory 69” turniri çərçivəsində keçirilən görüşdə Rəcəbzadə Litva təmsilçisi Sergey Masloboyevə uduzub.
Səbuhi Musayev
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər