Azərbaycanlı parapauerliftinq idmançısı Pərvin Məmmədov bu il ilk dəfə qatıldığı Dünya Kubokunun gümüş medalını qazanıb.
Oxu.Az xəbər verir ki, o, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda ikinci olub.
49 kq çəki dərəcəsində iştirak edən Pərvin Məmmədov 148 kq nəticə göstərərək yarışın gümüş medalına sahib olub. Birinci yeri Macarıstandan Nandor Tunkel (155 kq), üçüncü pilləni isə Səudiyyə Ərəbistanını (100 kq) təmsil edən atlet tutub.
Qeyd edək ki, yarış “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.