“Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Katalin Tira meydana girən azarkeş Nurlan Əzizliyə yumruq atıb.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, etdiyi hərəkətə görə dünən klubdan qovulan futbolçu “Facebook”da fanatlardan üzr istəyib.
“Mən etdiyim hərəkətə görə üzr istəyirəm. Fikrim yalnız komanda yoldaşlarımı müdafiə etmək idi. Mən elə bildim ki, o, “Qarabağ” azarkeşidir. Öz fanatımız olduğunu düşünmədim”.

E.Ə.
www.oxu.az