Rusiyanın paytaxtı Moskvada boks gecəsi keçirilib.
Oxu.Az xəbər verir ki, “Krılya Sovetov” Universal İdman Kompleksində baş tutmuş qırx görüşdə Azərbaycanın iki peşəkar boksçusu da mübarizə aparıb.
Belə ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Musayev Rusiyanın Barnaul şəhərindən olan erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib. Səkkiz raundluq görüşdə Hidayət hakimlərin yekdil qərarına əsasən təcrübəli rəqibi üzərində qalib elan edilib.
Bu, Həştərxan doğumlu idmançımızın peşəkar rinqdə keçirdiyi dördüncü matçda dördüncü qələbəsi olub.
Qeyd edək ki, Hidayət Musayev 75 kq-da Mingəçevirin “Kür” İdman Klubunun üzvü kimi bu ilin yanvarında keçirilmiş Azərbaycan çempionatının qalibi olub. O, bu ay 69 kq-da BFL klubunun üzvü kimi ölkə çempionatının bürünc medalını qazanıb.
Azərbaycanlı boksçu Moskvada erməni rəqibinə qalib gəldi - VİDEO
Digər azərbaycanlı idmançı Kənan Hüseynəliyev (-60 kq) də filippinli rəqibini xal hesabına məğlub edib.
Səbuhi MUSAYEV