Tunisdə azərbaycanlı idmançıların da iştirak etdiyi cüdo üzrə Afrika Açıq Kuboku keçirilir.
Oxu.Az xəbər verir ki, idmançımız Vüqar Şirinli 60 kq-dək çəki kateqoriyasında qızıl medal qazanıb.
O, növbə ilə İordaniya, Səudiyyə Ərəbistanı, Avstraliya, Sloveniya və Fransadan olan rəqiblərinə qalib gəlib.
F.H.
www.oxu.az