Azərbaycanlı MMA döyüşçüsü Cəmil İbrahimov UFC-dən sonra ikinci səviyyəli turnir sayılan Bellatorda uğurlu döyüş keçirib.
Oxu.Az xəbər verir ki, İbrahimov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Bellator” 209 döyüşündə yerli idmançı Ceki Qoşu məğlub edib.
Artıq ilk raundun ortasında idmançımız rəqibini təslim olmağa vadar edib. Bununla da Qoş peşəkar karyerasında ikinci məğlubiyyətini İbrahimovdan alıb.



Qeyd edək ki, bu, Cəmil İbrahimovun “Bellator”da ilk, peşəkar karyerasında ikinci döyüşü olub.
Səbuhi MUSAYEV
www.oxu.az