Sentyabrın 19-da Rusiyanın paytaxtı Moskvada MMA üzrə ACA (Absolute Championship Akhmat) təşkilatının növbəti turniri keçiriləcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, azərbaycanlı idmançı Tural Rəhimov ACA-111 turnirində tacikistanlı Bəhruz Zuxurovla qarşılaşacaq.
Döyüş yarımyüngül (65,9 kq) çəkidə baş tutacaq.
Maraqlıdır ki, təşkilatçılar “Dəmir Adam” adlandırılan Tural Rəhimovu Rusiya vətəndaşı kimi təqdim edib. Halbuki, o, Azərbaycanı təmsil edir və Rusiya ilə heç bir bağlılığı yoxdur. MMA üzrə statistikanı özündə əks etdirən məşhur “Sherdog” saytında isə Tural Azərbaycan vətəndaşı kimi təqdim olunur.
Qeyd edək ki, Tural Rəhimov bu təşkilatın yarımyüngül kateqoriyasında altıncı sıradadır. Onun aktivində 19 qələbə və beş məğlubiyyət var. O, son iki ACA turnirində qalib gəlib. Onun “Onq-Bak” ləqəbli rəqibi Bəhruz Zuxurovun 27 yaşı var. Zuxurov 14 qələbə qazanıb, üç dəfə oktaqonu məğlub tərk edib.
View this post on Instagram🔥Огненный бой на #ACA111! @Behruz.Z и @Tural__Ragimov разделят клетку на следующем турнире.
Səbuhi Musayev
"Maraqlı" teqi üzrə xəbərlər
- Yeməkdən dərhal sonra etməməli olduğunuz üç şey
- Avstraliyada altı gün meşədə təkbaşına qalan autizmli gəncin möcüzəvi xilası - Video
- 13 noyabr 2026-cı il dünyanın sonu olacaq?
- Avstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
- Telefonlarda təyyarə rejimi nə üçün lazımdır? - Mühüm məlumatlar açıqlandı
Digər xəbərlər