Azərbaycanlı futbolçu Amit Quluzadə Qazaxıstanın “Atırau” klubunda baxışda olmasına aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, çıxış etdiyi xarici klublarda altı aydan çox qala bilməyən 26 yaşlı dayaq yarımmüdafiəçisi Qazaxıstan mətbuatına açıqlamasında yayılan informasiyanı təkzib edib.
“Bu informasiya həqiqəti əks etdirmir. Mən başqa ölkələrin klubları ilə hazırda danışıqlar aparıram. Onların arasında Qazaxıstan təmsilçiləri yoxdur”.
Qeyd edək ki, Amit Quluzadə əvvəl Türkiyə, Portuqaliya, Yunanıstan və Kosovoda çıxış edib. Onun transfer qiyməti 250 min avro kimi qiymətləndirilir.
Səbuhi MUSAYEV
Rəylər