Millimizin futbolçusu Renat Dadaşov İngiltərədə növbəti qolunu vurub.
Oxu.Az xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubunun 23 yaşadək komandasının (U-23) futbolçusu “Tottenhem”lə çempionat oyununda 90 dəqiqə meydanda olub.
Londonun Stivenic qəsəbəsində keçirilən oyunda gənc “mahmızlar” ilk hissədə “canavarlar”ın qapısından üç top keçirib. Lakin komandasının 9 nömrəli futbolçusu olan Renat Dadaşov fasilədən sonra iki qol vurub.
O, əvvəlcə 77-ci dəqiqədə penaltidən fərqlənib. Səkkiz dəqiqə sonra danimarkalı qapıçı Endreas Söndeqonun uzun hava ötürməsini qəbul edən Renat rəqib qapıçını da keçərək dublunu rəsmiləşdirib.

