Türkiyədə birinci liqanın 18-ci turunun bir sıra oyunları baş tutub.
Azerisport.com xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin bu aydan etibarən çıxış etdiyi “Boluspor” səfərdə “Adanaspor”la qarşılaşıb.
Görüş heç-heçə başa çatıb - 1:1.
İsgəndərli yeni klubunda rəsmi debüt edərək 81 dəqiqə meydanda olmaqla start heyətinə daxil edilib.
Qeyd edək ki, hazırda “Boluspor” 23 xalla 9-cu pillədə qərarlaşıb.