Millimizin futbolçusu Namiq Ələsgərovun formasını geyindiyi Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu posta Özcan Bizati təyin olunub.
Klub rəsmi saytı vasitəsilə 53 yaşlı mütəxəssislə anlaşma əldə olunduğunu açıqlayıb. Bizati “timsahlar”la 1+1 illik müqaviləyə qol çəkib. Dünən Tamer Tuna ilə danışıq aparan bursalılar seçimi Özcan Bizatinin xeyrinə edib.
Xatırladaq ki, Özcan Bizati azərbaycanlı futbolçulara tanış simadır. O, vaxtı ilə Arif İsayev, Saşa Yunisoğlu və Rail Məlikovun çıxış etdiyi “Dənizlispor”u çalışdırıb.
Qeyd edək ki, “Bursaspor” 6 turdan sonra 5 xalla 15-ci pillədə qərarlaşır. Komanda artıq cari mövsüm iki baş məşqçi ilə vidalaşıb.