İstanbulda Yaşar Doğunun xatirəsinə həsr edilmiş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan idmançıları turnirdə 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar.
Yeganə qızıl medalı 86 kq çəki kateqoriyasında çıxış edən Aleksandr Qostiyev qazanıb.
Gümüş medal Hacımurad Ömərovun (70 kq), bürünc medallar isə Hamzat Osmanovun (86 kq), Ağahüseyn Mustafayevin (65 kq), Mahir Əmiraslanovun (57 kq), Georgi Yedişeraşvilinin (57 kq), Gitinomaqomed Hacıyevin (70 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) aktivindədir.
Komanda yarışında Azərbaycan yığması Türkiyə və Monqolustandan sonra üçüncü yerdədir.
F.H.
www.oxu.az