Gənclər arasında güləş üzrə çempionatın son günündə sərbəst güləş üzrə azərbaycanlı güləşçilər üç qızıl medal qazanıblar.
Oxu.Az xəbər verir ki, pyedestalın ən yüksək zirvəsinə Mahir Əmiraslanov (55 kq), Teymur Məmmədov (66 kq) və Səid Həmidov (120 kq) qalxıblar.
Xatırladaq ki, şənbə günü Nürməhəmməd Hacıyev (96 kq) qızıl, Arif Hüseynov (50 kq) isə bürünc medal qazanıb.
Qızıl medalların sayına görə, Azərbaycan sərbəst güləşdə birinci yeri tutub. Bu bizim komandanın tarixi nəticəsidir.
Azərbaycanlı güləşçilərin iştirakı ilə son günün final görüşlərinin videosunu sizə təqdim edirik.