Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabr fyuçersi üzrə xam neftin bir bareli 0,24% azalaraq 41,46 dollar təşkil edib.
Oxu. Az xəbər verir ki, həftə içində xam neftin qiymətləri 3,33% dəyər itirib.
Bundan başqa, ICE London qitələrarası birjasında oktyabr fyuçersi üzrə Brent markalı neftin qiyməti 1,81% azalmaqla, 48,73 dollar üzərində əməliyyat görüb.
Həftə içində neftin qiymətlərinə Çində devalvasiyanın başlaması ilə xam neftə olan tələbatın aşağı düşməsi, ABŞ-ın iyul ayında istehsalçı qiymətlərini yüksəltməsi, ABŞ-ın Baker Hughes şirkətinin xam neft qazma qurğularının sayını 2 ədəd artıraraq 672-yə çatdırması təsir göstərib.
Ülviyyə R. Əli
www.oxu.az