FIFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb.
Oxu.Az xəbər verir ki, noyabrın 19-da Ohus şəhərindəki “Seres Park” stadionunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər