Azərbaycanlı hakim-inspektorun qonşu Gürcüstana səfəri baş tutmayıb.
Oxu.Az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəbindən beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.
Xatırladaq ki, Asim Xudiyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Tbilisidə keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat alıb.