Braziliyanın Spor TV telekanalı azərbaycanlı idmançı Tofiq Musayev haqda reportaj hazırlayıb.
Oxu.Az-ın xəbərinə görə, idmançı Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz tərəfindən şəxsən dəvət olunub.
Orada Tofiq Musayev “Zoom” proqramı vasitəsilə Braziliya telekanalına Qarabağ Müharibəsindən, ermənilərin Xocalıda törətdiyi soyqırımından danışıb. Müsahibə zamanı onun II Qarabağ Müharibəsi zamanı leytenant kimi qulluq etməsi də müzakirə olunub.
View this post on InstagramQeyd edək ki, Tofiq Musayev Yaponiya və Braziliyada tanınmış sima sayılır. Yaponiyanın “Rizin” təşkilatının Qran Pri kəmərini qazanmış Tofiq orada keçirdiyi son görüşündə braziliyalı idmançılarla – Patriki Freyre və Roberto de Souza ilə qarşılaşıb.
Səbuhi Musayev
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
- Prezident seçkisindən dərhal sonra Bolsonaruya ölkəni tərk etmək qadağası qoyuldu
- Braziliya liderindən yeni rekordlar: Ölkədə ən çox səs yığan və ən yaşlı prezident oldu
- Zukerberqin şirkəti seçkiyə müdaxilədə ittiham olunur
- Braziliyada silsilə qətllər təşvişi: Yeddi məkan, yeddi cəsəd, dəhşətli görüntülər... - Foto/Video
Digər xəbərlər