Bəhreynin paytaxtı Manamada “Brave CF 47: Asian Domination” MMA yarışı keçirilib.
Oxu.Az-ın daha əvvəl bildirdiyi kimi, bu yarışda iki azərbaycanlı MMA döyüşçüsü iştirak edib. Bunlar Aqşin Babayev və onun tələbəsi Əli Quliyevdir.
“Qara Canavar” ləqəbli Ə.Quliyev yaxşı çıxış edib. O özü kimi məğlubedilməz olan hindistanlı Rana Rudra Pratap Sinqlə qarşılaşıb. Döyüşdən əvvəl təşkilatçılara verdiyi müsahibəsində “rəqibimi tanımıram”, “amma birinci raundda onun nəfəsini kəsəcəyəm” demiş Ə.Quliyev sözünə əməl edib.
Səbuhi Musayev