Azərbaycanlı MMA idmançısı Ramin Sultanov məğlubedilməzliyini qoruyub.
Oxu.Az-ın xəbərinə görə, Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədova məxsus olan “Eagle FC” MMA təşkilatının növbəti turniri – EFC-45 döyüş yarışı keçirilib.
Burada “TT Fight” və “Qəbələ” klubunun yetirməsi olan Ramin Sultanov Həbib Nurməhəmmədova məxsus döyüş məktəbinin idmançısı Dinislam Kamavovla qarşılaşıb. Sultanov dağıstanlı rəqibinə birinci raundda ağrıdıcı fəndlə qalib gəlib.
Turnirin rəsmi səhifəsi yüngül çəkidə çempionluğa yeni namizədin peyda olduğunu qeyd edib.

Qeyd edək ki, bu, Ramin Sultanovun yeddinci qələbəsidir. O, karyerasında hələ ki məğlubedilməzdir. Dinislam Kamavov isə karyerasında ikinci məğlubiyyətini alıb.
Xatırladaq ki, bu, “TT Fight” və “Qəbələ” idmançılarının Həbib Nurməhəmmədovun “Eagles MMA” döyüş məktəbinin üzvü üzərində ikinci qələbəsidir. Daha əvvəl Nəriman Abbasov ötən ilin sentyabrın 17-də Nurməhəmmədovun yeznəsi, həmin döyüş məktəbinin prezidenti Şamil Zavurova qalib gəlib yüngül çəkidə çempionluq titulunu qorumuşdu.
View this post on Instagram
Səbuhi Musa
"Qəbələ" teqi üzrə xəbərlər
- Qəbələdə turist meymunla şəkil çəkdirərkən başından yaralandı - Foto
- Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib
- Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO
- "35 ildir qaz görməmişəm" - Qəbələ sakinlərindən ŞİKAYƏT - VİDEO
- Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Digər xəbərlər






