“Sərhədçi” Olimpiya-idman mərkəzində karate üzrə sayca 4-cü “Baku Open” beynəlxalq turniri (WKF versiyası üzrə) keçirilib.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, Azərbaycan Karate Federasiyasının məlumatına görə, yarışda səkkiz ölkədən 250 idmançı iştirak edib.
1-ci gün medal uğrunda yaşlı idmançılar mübarizə aparıblar. Azərbaycanlı idmançılardan Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Məcid Əmirov (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (84 kq-dan çox) və Azərbaycanın komanda kumitesi üzrə kişilərdən ibarət yığması iştirak ediblər.
Yeniyetmələr (14-15 yaş) və gənclərin (16-17 yaş) turnirində azərbaycanlı karateçilər daha 11 medal qazanıblar.