Azərbaycanda 32 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
1985-ci il təvəllüdlü Sərxan Əli oğlu Əsədov keçmiş həyat yoldaşı,1981-ci il təvəllüdlü Esmira Həsən qızı Əsədovanın başına daşla vuraraq qətlə yetirib.
Hadisəni törədən S.Əsədov polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.