Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı idmançı: "UFC şou-biznesdir"
Mütləq Döyüş Çempionatında (UFC) yüngül çəki dərəcəsində çıxış edən idmançımız Nazim Sadıqov Azərbaycanda, Rusiyada və İngiltərədə fanatlarının olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, N.Sadıqov bu barədə xarici mətbuata açıqlamasında deyib.
"Mənə görə, UFC şou-biznesdir. Şikayət etmirəm, çünki bütün dünyada çoxlu pərəstişkarım var. Bəzən azarkeşlər gecə yarısı mənə zəng edirlər. Məni çox yerdə sevirlər. Mən elə döyüşməyə çalışıram ki, azarkeşlər mənim görüşlərimi səbirsizliklə gözləsinlər", - UFC döyüşçüsü bildirib.
Qeyd edək ki, Nazim Sadıqov fevralın 15-də "UFC Fight Night 251" turnirində braziliyalı İsmael Bonfimlə döyüşəcək.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Fiziyev Qeyciyə məğlub oldu
- Rafael Fiziyev: "Castin Qeycidən rədd cavabı gələndən sonra özümə bir kiloqram dondurma aldım"
- Konor Makqreqor yalın əllə döyüşməyə hazırlaşır
- Azərbaycanlı döyüşçü UFC turnirində növbəti qələbəsini qazanıb
- Nazim Sadıqov UFC-də növbəti döyüşünə çıxır - Nərimanı məğlub edən braziliyalıya qarşı