Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Crocus City Hall"da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb
Rusiya İstintaq Komitəsi Krasnoqorskdakı "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə bağlı araşdırmanı başa çatdırıb, tərəflər materialları nəzərdən keçirməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə təqsirləndirilən şəxslərdən birinin vəkili məlumat verib.
"İş üzrə istintaq hərəkətləri başa çatıb, tərəflər onun materialları ilə tanış olmağa başlayıblar. Qanunvericiliyə görə, cinayət işi ilə birinci zərərçəkmişlər tanış olurlar və materialların sayı minə yaxındır. Ona görə də işin tez bir zamanda baxılması üçün məhkəməyə verilməsi ehtimalı azdır", - deyə təqsirləndirilən şəxslərdən birinin müdafiəçi bildirib.

"Crocus City Hall-da terror aktı" teqi üzrə xəbərlər
- "Crocus City Hall"da terror aktı ilə bağlı istintaq başa çatıb
- "Crocus City Hall"dakı terror aktında əli olan şəxs QAÇMAĞA CƏHD EDİB
- Emin Ağalarov "Crocus City Hall"da baş verən terror aktından dəymiş ziyanı AÇIQLADI
- "Crocus City Hall"un sahibi terror aktı üzrə məhkəmə işində zərərçəkmiş kimi tanındı
- "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı yeni şübhəlilər üzə çıxdı