Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Tatarıstan şirkətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiyanın Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə görüşüb.
Söhbət zamanı SOCAR ilə Tatarıstanın "Tatneft" Publik Səhmdar Cəmiyyəti (PSC) arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, iki şirkət arasında birgə reallaşdırılan layihələrin önəmi qeyd olunub.
Görüşdə Tatarıstan nümayəndə heyətində təmsil olunan şirkətlərin fəaliyyət sahələrinə dair məlumatlar təqdim edilib.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- SOCAR-ın "yaşıl istiqraz"larının Bakı Fond Birjasında tədavülünə başlanıb
- Bakının iki rayonunda qaz olmayacaq
- Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi