Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Haber Global"a dəvət alan professor: "İstanbul, gec-tez böyük zəlzələ ilə üzləşəcək"
Türkiyənin "Haber Global" televiziya kanalında son bir həftədə Egey dənizində baş verən ardıcıl zəlzələlər və onun gələcəkdə təkrarlanma ehtimalı müzakirə edilib.
Oxu.Az xəbər verir ki, verilişə dəvət alan İstanbul Universitetinin professoru, zəlzələ üzrə ekspert Hüseyin Öztürk Aralıq dənizindəki zəlzələ ocaqlarının dinamikası barədə geniş məlumat verib.
Hüseyin Öztürk İstanbul şəhərini böyük zəlzələ təhlükəsinin gözlədiyini də anons edib.
"İstanbul gec-tez böyük zəlzələ ilə üzləşəcək. Bəzilərinə görə həmin zaman uzaqda deyil, biz işimizi ona uyğun tənzimləməliyik. İstanbulda zəlzələ krizisinin yaşanması istisna deyil, amma bunun konkret nə vaxta baş verəcəyini bilmirik" - deyə Hüseyin Öztürk vurğulayıb.

"Türkiyə" teqi üzrə xəbərlər
- Birinci xanımların geyim sirləri: Türkiyəli rəsmilərin modelyer-dizayneri ilə ÖZƏL MÜSAHİBƏ
- Ermənistanın Araz çayını çirkləndirməsi Tehranla İrəvan arasında ekoloji gərginlik yarada bilər
- KİV: "PKK qurultay keçirərək özünü buraxacaq"
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- İran və Türkiyə XİN başçıları arasında görüş baş tutub