Kikboksinq üzrə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatı başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov finalda uduzaraq ardıcıl ikinci dəfə dünya çempionu ola bilməyib və gümüş medalla kifayətlənib.
O, finalda türkiyəli Nazım Hikmətə üçüncü raundda 1:2 hesabı ilə uduzub. Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti olan Ramalın son saniyələrdə vurduğu zərbə xal kimi nəzərə alınmadığından, idmançımız məğlubiyyəti qəbul etməyib. O, hakimlərə etiraz edərək rinqi tərk edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 kikboksçusu medal qazanıb.
Səbuhi Musayev