Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı məşqçi akademiyaya daxil oldu - FOTO
Kunq-fu üzrə dünya çempionu Anar Süleymanov ikinci ali təhsilini alacaq.
Bu barədə Oxu.Az-a hazırda qadınlardan ibarət kunq-fu millimizin baş məşqçisi işləyən Anar Süleymanov özü məlumat verib:
“Mənim ilk ali təhsilim Azərbaycan Beynəlxalq Universitetində olub. Orada maliyyə krediti ixtisası üzrə təhsil almışdım. Ötən ilin 31 oktyabr – 3 noyabr tarixlərində İtaliyanın Karrara şəhərində keçirilmiş kunq-fu toa üzrə dünya çempionatında Polşa, Moldova, Macarıstandan olan rəqiblərimi məğlub etdim. Finalda türkiyəli Yılmaz Öndəri məğlub edərək dünya çempionu oldum.
Məhz bu nəticəyə görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının Boks müəllimi fakültəsinə müsabiqədən kənar daxil oldum”.
Səbuhi Musayev
"Bədən Tərbiyəsi və İdman Akademiyası" teqi üzrə xəbərlər
- İkinci kurs tələbəsi özünü yeddinci mərtəbədən atdı - DETALLAR
- Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
- Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri
- Ən gənc dağçımız: “Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam” - MÜSAHİBƏ + FOTO
- Bu gün İlham Zəkiyevin doğum günüdür
Rəylər