Azərbaycanlı MMA döyüşçüsü Mehman Məmmədov Azərbaycana kəmər qazandırıb.
Oxu.Az-ın xəbərinə görə, Moldovanın paytaxtı Kişinyovda keçirilən “Eagles FC” turnirinin növbəti yarışında gecənin əsas döyüşü Mehmanla Belarus idmançısı Yevgeni Sibirski-Manko arasında olub.
Pandemiya səbəbindən dəfələrlə təxirə salınan kəmər döyüşü ən yüngül çəkidə (48-51 kq arası) baş tutub. Döyüş idmançımızın qələbəsi ilə başa çatıb. Bu, Mehman Məmmədovun peşəkar MMA yarışlarında dördüncü qələbəsi olub. Rəqibi isə karyerasının altıncı məğlubiyyəti ilə barışmalı olub.
Qeyd edək ki, son illər ölkəmizdə məşhurlaşan MMA yarışlarında Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatının Qran Pri kəmərini və Nəriman Abbasov Rusiyanın “Fight Nights” təşkilatının kəmərini qazanıb.
Посмотреть эту публикацию в Instagram
Səbuhi Musayev
"Yaponiya" teqi üzrə xəbərlər
- Yaponiyada 100 yaşını keçənlərin sayı 95 mini ötdü: Uzunömürlülüyün sirri nədir?
- Yeni təhlükəli trend: Yaponiyada azyaşlılar asayiş keşikçilərini hədəfə alıblar
- Yaponiyalı milyarderin oğlu Laosda qətlə yetirilib
- Yaponiyanın məşhur siyasətçisi öldü
- Yük maşınını idarə edən yapon qadın "TikTok"a görə altı nəfərin ölümünə səbəb oldu - Foto/Video
Digər xəbərlər
