Azərbaycanın MMA idmançıları Tofiq Musayevlə Vüqar Kərəmov Yaponiyanın paytaxtı Tokioda karantinə alınıblar.
Bu barədə Oxu.Az-a Tofiq Musayev məlumat verib.
Onun sözlərinə görə, ölkə xaricindən Yaponiyaya gələn insanlar iki həftəlik karantinə alınırlar. Bu səbəbdən də onlar məşqlərini hotel şəraitində edirlər. Tofiq onu da bildirib ki, karantin müddəti bu gün bitəcək və sabahdan hoteli tərk edə biləcəklər.
Qeyd edək ki, hər iki idmançımız iyunun 13-də rinqə çıxacaq. Tofiq Musayev braziliyalı Roberto de Souza ilə “Rizin” kəməri üçün döyüşəcək. Vüqar Kərəmov isə yerli idmançı Yutaka Saito ilə görüşəcək.
Səbuhi Musayev