Bu gün Milli Paralimpiya Komitəsinin atletika, cüdo və üzgüçülük idman növləri üzrə milli komandaları 8-18 may 2015-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində keçiriləcək “İBSA Dünya Oyunları”na yola düşürlər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu yarışda 7 nəfər atlet, 3 nəfər cüdo və 2 nəfər isə üzgüçülük idman növündə respublikamızı təmsil edəcəklər.
Bu yarış üzgüçülük idman növü üçün minimal kvalifikasiya standartlarının, cüdo və atletika idman növləri üçün isə reytinq xallarının toplanılması ilə səciyyəlidir.
E.Ə.
www.oxu.az