Azərbaycanlı sabiq hakim Zöhrab Əliyev maraqlı əl işi ilə öz istedadını ortaya qoyub.
Oxu.Az xəbər verir ki, Əliyev futbola aid maketlər hazırlamaqla məşğuldur.
O, daha çox məşhur klubların stadionlarının maketini hazırlayır.
Bu stadionlar arasında Madrid “Real”ın “Santyaqo Bernabeu”, “Mançester Yunayted”in “Old Traford”, “Yuventus”un “Alyants” və “Çelsi”nin “Stemford Bric” arenaları var. O, hazırda “Qalatasaray”a məxsus “TT Arena”nın hazırlanması üzərində iş aparır.
Bundan başqa, onun əl işləri arasında “Liverpul”, “Yuventus”, “Çelsi” və “Milan” klublarına məxsus avtobusların maketləri də var.
Əldə etdiyimiz məlumata görə, Zöhrab Əliyev bu maketlərin satışı ilə də məşğuldur. Məsələn, “Arsenal”ın “Emireyts”, “Roma”nın “Olimpiko” stadionlarının maketi 90, Dortmund “Borussia”sının “Siqnal İduna Park” arenasının maketi 85 manatadır.
Səbuhi TOFİQOĞLU
www.oxu.az